"Mançester Yunayted" daha bir futbolçusu ilə vidalaşıb

İngiltərənin "Mançester Yunayted" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
 
Newsport.az "qırmızı-şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, Xuan Matanın iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb.
 
34 yaşlı yarımmüdafiəçi komandanı azad agent qismində tərk edəcək.
 
Qeyd edək ki, Xuan Mata 2014-cü ildən "Mançester Yunayted"in formasını geyinib. Klub daha əvvəl Pol Poqba ilə vidalaşıb.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah