“Sevilya”dan Premyer Liqa klubuna 31 milyon avroluq transfer

“Aston Villa” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosu transfer edib.

Newsport.az xəbər verir ki, 29 yaşlı braziliyalı İngiltərə klubu ilə 4 illik müqavilə imzalayıb.

“Aston Villa”nın futbolçu üçün 31 milyon avro ödədiyi deyilir.

Dieqo Karlos 2019-cu ilin iyulundan “Sevilya”da çıxış edirdi. O, 2021/22 mövsümündə 45 matçda 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right