"Çelsi"nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

"Çelsi"nin futbolçusu Meyson Mount karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar" 23 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. "Mançester Yunayted" London klubu ilə iki illik müqaviləsi olan ingilis futbolçu üçün cəlbedici təklif göndərməyi düşünür.

Meyson Mount "Çelsi"nin yetirməsidir. İngiltərə millisinin üzvü 2021/2022 mövsümündə "zadəganlar"ın heyətində meydana çıxdığı 53 matçda 13 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right