Millimiz Slovakiya və Latviya ilə bir qrupda

Bu gün final mərhələsi 2023-cü ildə Estoniyada təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb. Newsport.az xəbər verir ki, Azərbaycan millisi B liqasında Slovakiya və Latviya yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb.
 
Bu qrupun oyunları bu il 1 avqust - 20 noyabr tarixlərində Slovakiyada keçiriləcək.
 
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələdə A liqasının 7 qrup qalibi isə final mərhələsinə vəsiqə əldə edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right