"Mançester Yunayted" "Ayaks"ın futbolçusu ilə danışıqlara başladı

"Mançester Yunayted" "Ayaks"ın müdafiəçisi Yurrien Timberi heyətinə qatmaq istəyir.

Newsport.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Bildirilib ki, Mançester təmsilçisi  20 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. "Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq oyunçunu yaxşı tanıyır.

Məhz niderlandlı mütəxəssisin rəhbərliyi altında Timber 2020-ci ildə "Ayaks"da debüt edib.

Qeyd edək ki, Timber ötən mövsüm  Niderland çempionatında 30 oyunda 3 qol vurub, 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right