Mahir Emrelinin klubunda baş məşqçi ilə bağlı yekun qərar

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda baş məşqçi postu ilə bağlı yekun qərar verilib.

Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisinin rəhbərliyi Ante Çaçiçin postunda qalmasına qərar verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 68 yaşlı xorvat mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Çaçiç bu ilin 21 aprelindən “Dinamo”ya rəhbərlik edirdi. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi bu komanda təcrübəli məşqçinin rəhbərliyi altında cəmi 5 matça çıxıb və bunların 4-də qələbə qazanıb. 1 oyunda da heç-heçə edən zaqreblilər yekunda Xorvatiya çempionu olublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right