“Klopp bəzən məni incidir” – Salah

“Liverpul”un hücumçusu Məhəmməd Salah baş məşqçi Yurgen Kloppla münasibəti haqda danışıb.

Newsport.az-ın məlumatına görə, misirli futbolçu Kloppu əla məşqçi adlandırıb:

“Klopp hamımız üçün əla məşqçidir. Bizim yaxşı münasibətimiz var. Yurgenin kuboklar qazanılmasında böyük rolu olub. O, komandadakı hər kəsi necə xoşbəxt etməyi bilir. Bəzən məni incidir və bunu bilir. Mən hər dəqiqə oynamaq istəyirəm, amma onun qərarlarını da başa düşürəm”.

“Liverpul” bu gün saat 23:00-da UEFA Çempionlar Liqasının final oyununda “Real”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right