Kessye "Milan"la vidalaşdı

"Milan"ın futbolçusu Frank Kessye klubla vidalaşıb.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi bununla bağlı instaqram hesabında paylaşım edib:

"5 ildən sonra bundan daha yaxşı bir ayrılığı xəyal edə bilməzdim. Çempion olduğumuzda möhtəşəm hisslər keçirdim. Bu formanı qürurla geyindim və yaxşı insanlarla komanda yoldaşı oldum. Hər şey üçün təşəkkür edirəm".

"Milan"la müqaviləsinin müddəti bitən Kessye "Barselona" ilə razılaşıb. 

25 yaşlı yarımmüdafiəçi İtaliya klubu ilə 223 oyunda 37 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah