Salah: "Real"la oyuna bütün gücümüzlə köklənmişik"

"Liverpul"un futbolçusu Məhəmməd Salah növbəti dəfə Çempionlar Liqasının finalında "Real"la matç ilə bağlı gözləntilərini bölüşüb.

Newsport.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib: “Real"a qarşı son finalımızda baş verənlərdən sonra çox motivasiya oldum. Bazar günü Premyer Liqanın qalibi ola bilmədik. Amma indi bütnü klub - hər kəs Çempionlar Liqasını qazanmağa həvəslənib. Bütün gücümüzlə buna köklənmişik. Hamı həyəcanlıdır”.

Qeyd edək ki, mayın 28-i Parisdə keçiriləcək həlledici matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right