"Rusiya klublarının avrokuboklarda oynaya biləcəyinə əmin deyiləm" Çeferin

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Rusiya klublarının beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı vəziyyətdən danışıb.

Newsport.az xəbər verir ki, o "Sky Sports"a açıqlamasında deyib:

“Biz hamımız əvvəlki aylardakı vəziyyəti düzgün qiymətləndirmirdik. Heç kimin ağlına belə gəlməzdi ki, belə bir münaqişə yaranacaq. Başlayanda hamımız bunun bir neçə həftə davam edəcəyini düşündük. Ona görə də bundan sonra nə olacağını indidən proqnozlaşdırmaq çox çətindir. Rusiya klublarının yenidən avrokuboklarda çıxış edə biləcəyinə əmin deyiləm. Biz isə əlimizdən gələni edəcəyik ki, Ukrayna klubları öz turnirlərində oynaya bilsinlər. Mən bunu artıq bir neçə dəfə demişəm: bütün ukraynalı və rusiyalı idmançılar üçün çox təəssüflənirəm, çünki onlar, xüsusən də rusiyalı futbolçular münaqişənin vurduğu ziyanı hiss edirlər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right