Ukrayna Futbol Assosiasiyası Rusiyadan təzminat tələb edəcək

Ukrayna Futbol Assosiasiyası Rusiyanın hərbi müdaxiləsi nəticəsində dağıdılmış idman infrastrukturuna görə təzminat tələb edəcək.

Newsport.az xəbər verir ki, bu barədə federasiya prezidenti Andrey Pavelko qurumun rəsmi saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkənin futbol həyatına dəymiş ziyanla bağlı Rusiyaya qarşı hüquqi iddia hazırlanır:

“Əminəm ki, beynəlxalq hüquq və audit tərəfdaşlarımızla razılaşma əldə edəcəyik. Təklif olunan hüquqi platforma müharibənin bizə vurduğu zərərin əvəzini beynəlxalq məhkəmələrdə müdafiə etməyə imkan verəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right