Mourinyo ağladı, bu sözləri dedi

"Roma"nın baş məşqçisi Joze Mourinyo Konfrans Liqasının finalında "Feyenoord" üzərində qələbəni şərh edib .

Newsport.az xəbər verir ki, mütəxəssis sevincini belə bölüşüb:

“A seriyasında "Torino”nu 3:0 hesabı ilə məğlub etdikdən sonra paltardəyişmə otağında oğlanlara dedim ki, biz üzərimizə düşəni etdik: Avropa Liqasına vəsiqə qazandıq. Və bu gün biz meydana iş üçün yox, tarix yazmağa çıxdıq. Biz bunu bacardıq. Əvvəldən Konfrans Liqasını qazanacağımızı hiss edirdik. Qarşılaşmalar getdikcə çətinləşdi, "Marsel" və "Feyenoord" kimi güclü komandalar qələbəyə iddialı oldular. Amma bütün diqqətimizi kuboka yönəltmişdik və çempionatda bu, bizə xal bahasına başa gəldi. “Roma”da qalıram, nə desələr də, buna şübhə yoxdur. Mən "Roma"da qalmaq istəyirəm. Klubun əla və vicdanlı sahibləri var. Biz bu layihə üzərində işi davam etdirməli və növbəti mövsüm üçün inkişaf planını müəyyən etməliyik.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah