"Haaland "Siti"yə pul üçün keçməyib"

"Mançester Siti"nin icraçı direktoru Ferran Soriano Erlinq Haalandın "Borussiya"dan (Dortmund) "şəhərlilər"ə keçməsinin səbəbini açıqlayıb.

Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, o deyib:

“Haaland bizi seçdi. Transfer məbləğini gördünüz və bu, çox məqbuldur. Ona verdiyimiz maaş bizim ödəyə biləcəyimiz və haqqı olan məbləğdir. Biz Haalanda planlarımızı, layihəni izah etdik. Amma “Mançester Yunayted”, “Bavariya” və ya “Real” ona daha çox pul təklif edə bilərdi. Haaland hara getmək istədiyinə qərar verdi və biz xoşbəxtik. Biz ulduz futbolçulara deyil, futbola, yaxşı oynamağa və qalib gəlməyə köklənmişik. Bizdə mərkəz hücumçu çatmırdı. Serxio Aquero kimi təsirli oyunçumuz var idi. Əvəzedici axtarmağa bir ildən çox vaxt sərf etdik və Haaland tam olaraq ehtiyacımız olan şəxsdir".

Qeyd edək ki, Haaland mayın 10-da "Siti" ilə müqavilə imzalayıb. Lakin sözləşmənin detalları açıqlanmayıb. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah