Alaba ÇL-in finalında oynaya biləcək

“Real”ın müdafiəçisi David Alaba Çempionlar Liqasının finalında oynamağa hazır olduğunu deyib. Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, avstriyalı futbolçu bunun üçün çox çalışdığını deyib:
 
“Özümü çox yaxşı hiss edirəm. Sağalmağa vaxtım var idi. Hazır olmaq üçün son günlər çox çalışdım”.
 
29 yaşlı futbolçu “Mançester Siti” ilə yarımfinalın cavab matçını səhhətindəki problemlərə görə buraxmışdı.
 
O, bu mövsüm “Real”ın heyətində 45 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.
 
“Real”ın “Liverpul”la qarşılaşacağı Çempionlar Liqasının final matçı mayın 28-də keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right