İsveç mətbuatı "ölkənin ən istedadlı 100 futbolçusu" sırasına həmyerlimizin də adını daxil etdi Foto

Karyerasını İsveçin "Savedalens" klubunda davam etdirən Ayxan Cabbarov yerli mətbuatın diqqətini cəlb edə bilir.


Newsport.az xəbər verir ki, bu yaxınlarda “Hakken” və “Beerşot” klublarından təklif alan, hər iki klubun düşərgəsində olan yarımmüdafiəçinin performansı isveçli həmkarlarımızın da diqqətindən yayınmayıb.

Belə ki, bu ölkənin ən tirajlı qəzetlərindən olan "Aftonbladet" Cabbarov barədə yazıb. "İsveçin ən istedadlı 100 futbolçusu" adı altında dərc edilən yazıda isveçli həmkarlarımız həmyerlimiz haqda bunları yazıb:

"Ayxan İsveçin "Göteborq" akademiyasının yetirməsidi. Sol kənar hücumçusu mövqeyində oynayır. Sürəti və texnikası əladı, güclü, dəqiq zərbələri var. Meydanı isə çox yaxşı görür, dəqiq ötürmələr edir. Bir neçə klubun maraq dairəsindədi. Azərbaycan millisində oynayıb".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah