Dibala: "Ən yaxşı variantı seçəcəyəm"

"Yuventus"la vidalaşan Paulo Dibala gələcəyi haqda açıqlama verib. 

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu hələlik klub seçimi etmədiyini deyib: 

"Mənim gələcək klubum? Hələ heç nəyə qərar verməmişəm. Sabah İspaniyada olacağam. Sonra tətil edəcəyəm. Düşünməyə vaxtım olacaq. Özüm üçün ən yaxşı variantı seçəcəyəm".

Qeyd edək ki, Dibala bir neçə gün əvvəl "Yuventus"da son oyununu keçirib və komanda ilə vidalaşıb. Onunla "Arsenal" və "Nyukasl" maraqlanır. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right