Suares "Atletiko"dan ayrılacağını nə zaman öyrənib?

"Atletiko"nun hücumçusu Luis Suareslə yolları ayırmaq qərarı uruqvaylı futbolçu üçün gözlənilməz olub.

Newsport.az "AS"a istinadən xəbər verir ki, bu bardə o, özü məlumat verib: “Atletiko"da oynamağa davam etməyəcəyimi nə vaxt bildim? Mövsümün son oyunundan bir gün əvvəl klubun ictimaiyyətlə əlaqələr direktoru bunu mənə dedi. Mənə ayrılmağı planlaşdırdıqlarını söylədi. Mən heç nə bilmirdim. 35 yaşım var, nə isə hiss edirdim və artıq gələcəyim haqqında düşünürdüm. Cavabım belə oldu: “Məni daha tez xəbərdar edə bilərdilər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right