Mbappe İngiltərə Premyer Liqasının klubu ilə danışıqlar aparıb

Fransanın PSJ komandasının futbolçusu Kilian Mbappe etiraf edib ki, o, təkcə İspaniyanın "Real Madrid" klubu ilə deyil, İngiltərənin "Liverpul" klubu ilə də danışıqlar aparır.

Bu barədə Newsport.az “The Telegraph”a istinadən xəbər verir.

“Başqa variantlar da var idi, təkcə “Real Madrid” və PSJ ilə yox, “Liverpul”la da danışıqlar aparmışam”, - Mbappe deyib.

Mayın 20-də məlum olub ki, PSJ rəhbərliyi fransız hücumçuya vergilərdən sonra illik 100 milyon avro maaş və 300 milyon avro imza bonusu, həmçinin imic hüquqlarının bir hissəsini idarə etmək imkanı təklif edib.

Mbappe cari mövsümdə Fransa çempionatında 32 oyuna çıxıb, 24 qol vurub və 15 məhsuldar ötürmə edib. Onun komandası Fransa çempionatında ən yaxın izləyicini 14 xal qabaqlayır. 2018-ci ildə Mbappe Fransa yığması ilə dünya çempionatının qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right