De Byazi finala Azərbaycan millisinin toplanışına görə getməyəcək

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Azərbaycan millisinin toplanışına görə UEFA Konfrans Liqasının final oyununa gedə bilməyəcək.

Newsport.az-in məlumatına görə, 66 yaşlı mütəxəssis bu barədə "Panorama" nəşrinə müsahibəsində bildirib.

İtaliya baş məşqçi mayın 24-də yığmanın UEFA Millətlər Liqası oyunları üçün hazırlıq prosesinin start götürəcəyini söyləyib: "Hətta tarixlərlə bağlı planlaşdırma aparmışdım və Albaniyaya gedəcəyimə iki ay əvvəl əmin idim. Amma hazırlıq prosesimizin gündəliyini görəndə təbii ki, bir az məyus oldum".

De Byazi Tiranadakı 22 500 tamaşaçı tutumuna malik Milli Arenada keçiriləcək qarşılaşmadan ötrü ona bilet üçün zənglərin edildiyini diqqətə çatdırıb: "Hətta məndən 5 bilet istəyən də olub. Ona dedim ki, illərdir Albaniyadan uzaqda olduğum halda mənə belə xahişlə müraciət etməyiniz inanılmazdır. Üstəlik, stadionun tutumu ilə bağlı böyük mübahisə var. Əslində, belə görüşlər üçün bu, həqiqətən də kiçik ola bilər".

Qeyd edək ki, mayın 25-də keçiriləcək UEFA Konfrans Liqasının finalında İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" klubları üz-üzə gələcəklər.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah