"Vulverhempton"un vingeri, icarə əsasında "Barselona"da oynayan Adama Traore İngiltərəyə qayıdacaq.
Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi ispaniyalı forvardı komandada saxlamaq niyyətində deyil.
Traorenin "Vulverhempton"la müqaviləsi 2023-cü ildə sona çatacaq. "Barsa" onu 30 milyon avro qarşılığında transfer etmək hüququna sahibdi. Amma futbolçunun performansı Xavini razı salmadığından buna ehtiyac görməyib.