Millimizin üzvünün komandası Polşa çempionatını 6-cı yerdə tamamladı

Polşa çempionatında 2021/22 mövsümünə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) son turda doğma meydanda “Stal”la qarşılaşıb. Matç Plotsk təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Visla 34 oyuna topladığı 48 xalla mövsümü 18 kollektiv arasında 6-cı pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right