Namikin komandası 1-ci liqanı qələbə ilə tərk etdi

Millimizin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci liqasında sonuncu oyuna çıxıb.

Newsport.az-ın məlumatına görə, 1-ci liqanı tərk edəcəyi ötən turdan dəqiqləşən komanda 38-ci turda "Menemenspor"u qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. N.Ələskərov sözügedən görüşdə iştirak etməyib. Matç öncəsi komandanın məşqinə qatılmayan oyunçunun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.

Qeyd edək ki, "Bursaspor" turniri 44 xalla 19 komanda arasında 17-ci pillədə başa vurub. Bursa təmsilçisi növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq.

Xatırladaq ki, "Bursaspor"un prezidenti Ömer Furkan Banaz açıqlamasında əcnəbi futbolçularının hamısının müqaviləsinə xitam veriləcəyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right