Mahir Emreli çempionluq kubokuna qovuşdu

Xorvatiya çempionatında 2021/22 mövsümünə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” 36-cı turda doğma meydanda “Hayduk”la qarşılaşııb. Matç zaqreblilərin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. 25 yaşlı forvard matçı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

Çempionluğu bir tur əvvəl rəsmiləşdirən “Dinamo” mövsümü 79 xalla bitirib. Qarşılaşmadan sonra Zaqreb təmsilçisinin kollektivi qızıl medallarla və çempionluq kuboku ilə təltif olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right