Rusiyada 17 ildən sonra stadionlarda spirtli içkilər satılacaq

Futbol üzrə Rusiya Premyer Liqasının sonuncu - XXX turunun "Dinamo" (Moskva) - "Soçi" oyununda spirtli içkilər satılacaq.

Newsport.az-ın yerli mətbuata istinadən məlumatına görə, hakimiyyət eksperiment olaraq bu il dekabrın 31-dək idman obyektlərində tərkibində etil spirtinin dərəcəsi 16,5%-dən az olan içkilərin satışına icazə verib.

Bununla da 2005-ci ildə ölkə ərazisindəki stadionlarda spirtli içkilərin satışına qoyulmuş qadağa ləğv olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right