Xorvatiya mətbuatı: "Mahirə yalnız zədəsi mane olur"

Xorvatiya mətuatı Azərbaycan millisinin "Dinamo"da (Zaqreb) çıxış edən üzvü Mahir Emreli barədə yazıb. 

Newsport.az-ın məlumatına görə, "Sportske novosti"nin xəbərində Emrelinin zədələnməyəcəyi təqdirdə daim start heyətdə oynaya biləcəyi qeyd olunub:

"Dariyo Şpikiç uzun müddətdir ki, doğru fürsəti gözləyirdi. O, bütün mövsüm boyu start heyətdən kənarda idi. Amma Şpikiç ardıcıl iki oyunda meydana start heyətdə çıxdı və növbəti mövsümdə daha vacib rollara namizədliyini göstərdi. Onun əsas rəqibləri əla matçlar keçirsə də, mövsümün sonunda xəstəlikdən əziyyət çəkən Luka Menalo və yaxşı oynasa da, yalnız zədəsi ona mane olan Mahir Emrelidir. Bu yay biz bu mövqe üçün maraqlı rəqabət görə bilərik. Bu üçlükdən hansının əsas heyətdə yer alacağı isə həm baş məşqçidən, həm də özlərindən asılı olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right