Klopp: "Çempion olmağımız çətindir, amma mümkündür"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp 2021/22 mövsümündə İngiltərə Premyer Liqasında çempionluq şansları barədə danışıb.

Newsport.az BBC-yə aistinadən xəbər verir ki, mütəxəssis "Mançester Siti"ni qabaqlamağın mümkün ola biləcəyini deyib:

"Əlbəttə, bu, çətindir. Növbəti turda “Mançester Siti” öz meydanında “Aston Villa”ya qarşı oynayacaq. Biz isə "Bernli" ilə qarşılaşacağıq. Bu komanda ilə matç çətin olacaq. Çünki onlar sağ qalmaq üçün mübarizə aparırlar.  Amma bu, futboldur.  Çempion olmağımızı istəyiriksə, ilk növbədə qələbə qazanmalıyıq. "Aston Villa" isə "Siti" ilə görüşdə xal əldə etməlidir. Çempion olmağımız çətindir, amma mümkündür".

Qeyd edək ki, sona 1 tur qalmış "Mançester Siti" Premyer Liqada 90 xalla 1-ci, "Liverpul" isə 89 xalla 2-cidir. 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah