Qazaxıstanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

Qazaxıtan milli komandasının UEFA Millətlər Liqasının Azərbaycan, Slovakiya və Belarusla oyunları üçün heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Məhəmməd Adiyev 33 futbolçuya dəvət göndərib. Məlumatı Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı yayıb:

Qapıçılar: İqor Şaşkin ("Şaxtyor"), Məhəmmədcan Sesen ("Taraz"), Bekxan Şayzada ("Ordabaşı"), Stas Pokatilov ("Aktobe")

Müdafiəçilər: Sergey Malıy, Aleksandr Maroçkin, Bağdat Kayırov (hamısı "Tobol"), Yuri Loqviçenko, Temirlan Erlanov (ikisi də "Aktobe"), Marat Bıstrov ("Axmat"), Nurali Əlip ("Zenit"), Eldos Axmetov ("Taraz"), Mixail Qabışev ("Şaxtyor"), Talğat Kusyapov ("Astana")

Yarımmüdafiəçilər: Asxat Tağıberqen, Vladislav Vasilyev, Samat Jarınbetov (hamısı "Tobol"), Aslan Daravayev, İslambek Kuat (ikisi də "Astana"), Duman Narzildayev ("Kaspi"), Timur Dosmaqambetov ("Şaxtyor"), Yan Voroqovski ("Molenbek"), Qafurcan Suyimbayev ("Aksu"), Elxan Astanov ("Ordabaşı"), Bauırcan Baytana ("Taraz"), Ramazan Ozarov, Maksim Samorodov, Arman Kenesov (hamısı "Aktobe")

Hücumçular: Artur Nuşenaçev ("Kayrat"), Abat Ayımbetov ("Astana"), Aybar Caksılıkov ("Tobol"), Abılayxan Cumabek ("Taraz")

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan qarşılaşması 3 iyun tarixində, Bakı vaxtilə saat 18:00-da Nur-Sultan şəhərindəki "Astana Arena"da baş tutacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah