İngiltərədə mövsümün ən yaxşı oyunçusu adına namizədlər Ronaldo yoxdur

İngiltərə Premyer Liqası rəsmi saytında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını dərc edib.
 
Newsport.az xəbər verir ki, siyahıda 8 futbolçu yer alıb. Onların arasında "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo yoxdur.
 
Bu mövsümün ən yaxşı futbolçusuna namizədlər aşağıda adları qeyd olunanlardır:
 
Trent Aleksander-Arnold, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Carrod Bouen ("Vest Hem"), Joau Kanselu, Kevin De Brüyne (hər ikisi "Mançester Siti"), Son Hın Min ("Tottenhem"), Ceyms Uord-Praus ("Sauthempton"), Bukayo Saka ("Arsenal")
 
Xatırladaq ki, mövsümün ən yaxşı futbolçusu azarkeşlər, İngiltərənin yüksək divizionunun 20 klubunun kapitanı və futbol mütəxəssisləri arasında səsvermə yolu ilə müəyyənləşəcək.
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah