Mahirin çempionluq oyunu

Xorvatiya liqasında 35-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, turnir cədvəlinin lideri, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” səfərdə “Sibenik”in (turnir cədvəlinin 8-cisi) qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21.05-də başlanacaq.

Qeyd edək ki, hazırda “Dinamo” 34 oyundan 73 xalla birinci, ondan bir matç çox keçirən “Hayduk” isə 72 xalla ikinci yeri tutur. Odur ki, bu gün qələbə qazanacağı halda “Dinamo” ən yaxın izləyicisi ilə aradakı xal fərqini 4-ə yüksəldəcək və liqanın bitməsinə bir tur qalmış çempionluğu (23-cü dəfə) təmin edəcək. Belə olarsa, M.Emreli də legioner kimi ilk çempionluğu yaşayacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah