Ayaz Quliyevin komandası aşağı liqaya düşdü

Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geydiyi "Arsenal" (Tula) səfərdə "Ufa"nın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbisylə başa çatıb.

Ayaz Quliyev də bu görüşün iştirakçısı olub.25 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra "Arsenal"ın Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Tula təmsilçisi 23 xal toplayıb və 14-cü yerdə olan "Ural"dan 4 xal geri qalır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah