Emil Balayev debüt etdi

Azərbaycan millisinin qapıçısı Emil Balayev  Qazaxıstan "Turan"ında rəsmi debüt edib.

Newsport.az-ın məlumatına görə, o, Premyer Liqanın 11-ci turunda keçirilən "Aksu" ilə səfər matçında meydana çıxıb. "Turan" 0:2 hesabı ilə uduzub.

Emil start heyətində meydana çıxıb və 90 dəqiqə qapını qoruyub. 

​Türküstan təmsilçisi ölkə çempionatında 11 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right