"Klopp girdiyi otağın havasını dəyişdirir" Marko Roys

Dortmund "Borussiya"sının hücumçusu Marko Roys sabiq baş məşqçisi Yurgen Klopp haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı futbolçu Kloppun ünvanına xoş sözlər səsləndirib:

"Yurgen Klopp çox özəl bir insandır. O, girdiyi otağın havasını dəyişdirir. Sadəcə futbol yox, hər mövzu haqqında danışa biləcəyiniz bir adamdır. "Liverpul"da etdiklərinə həsəd aparmaq lazımdır. Komandanı və klubu inşa etmə üslubu getdiyi hər yerdə mükəmməldir".

Qeyd edək ki, Yurgen Klopp 2008-2015-ci illərdə "Borussiya"nı çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right