Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi olan Qazaxıstan itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, müdafiəçi Nurlan Dairov sıradan çıxıb. Bu barədə onun çıxşı etdiyi "Taraz" klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı oyunçu Qazaxıstan yığmasının Millətlər Liqasındakı ilk görüşlərini buraxacaq.
Azərbaycan millisi Qazaxıstanla iyunun 3-də qarşılaşacaq. Oyun "Astana Arena"da baş tutacaq.