Ronaldo ən yaxşı oyunçu seçildi, rekord qırdı

İngiltərə Premyer Liqasında aprelin ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az turnirin saytına istinadən xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo ötən ayın ən yaxşısı seçilib. O, səsvermədə Kevin de Brüyne, Qabriel Jezus (hər ikisi  "Mançester Siti" ), Leandro Trossard ("Brayton"), Tiaqo Alkantara ("Liverpul"), Son Hın Min ("Tottenhem"), Bruno Qimaraes ("Nyukasl") və Natan Kollinsi ("Bernli") qabaqlayıb .

Portuqaliyalı hücumçu apreldə çempionatda 4 matçda 5 qol vurub. Beləliklə, 37 yaşlı futbolçu karyerasında 6-cı dəfə Premyer Liqada ayın oyunçusu seçilib. Ronaldo  klubun sabiq hücumçusu Ueyn Runini (5 mükafat) geridə qoyaraq bu göstəricidə klub rekorduna imza atıb.

Qeyd edək ki, Premyer Liqa rekordu isə 7 mükafatla "Mançester Siti"nin sabiq oyunçusu Serxio Aquero və "Tottenhem"in hücumçusu Harri Keynə məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right