"Seltik"in 52-ci çempionluğu

Şotlandiya Premyer Liqasında 2021/2022 mövsümünün qalibi məlum olub.
 

Newsport.az xəbər verir ki, çempionluq qrupunun IV turunda "Dandi Yunayted"lə 1:1 hesablı heç-heçə edən "Seltik" sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qlazqo təmsilçisi ən yaxın izləyicisi "Reyncers"i 4 xal qabaqlayır.

​"Seltik" son 11 mövsümdə 10-cu, ümumilikdə isə 52-ci dəfə ölkə çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right