"111 ildir ki, Haalandsız oynayırıq"

"Borussiya"nın (Dortmund) baş direktoru Hans Yoahiim Uatzke komananın futboolçusu Erlinq Haalandın "Mançester Siti"yə keçməsi barədə danışıb.

Newsport.az xəbər verir ki, o, 21 yaşlı hücumçunun yerinə yeni futbolçu tapa biləcəklərini deyib:

"Futbolçu çox yaxşı çıxış edəndə onları böyük klublar almaq istəyir və biz mübarizə aparmalı oluruq. O klubların arxasında oliqarxlar və ərəb dövlətləri dayanır. Bu mübarizədə qalib gələ bilmərik. Buna baxmayaraq, biz 113 ildir futbol oynayırıq və onlardan 111-i Haalandsız idi. Robert Levandovski və Pyer Emerik Obameyanq artıq bizdən ayrılıb. Sonra Haaland meydana çıxdı. Əmin ola bilərsiniz ki, Erlinq gedəndən sonra da biz optimal həll yolu tapacağıq".

Qeyd edək ki, Haaland mövsümün sonunda "şəhərlilər"ə qoşulacaq. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right