Villaş-Boaş millinin baş məşqçisi ola bilər

Portuqaliyalı mütəxəssis Andre Villaş-Boaş Mərakeş millisinə rəhbərlik edə bilər. Newsport.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis bu postda Vahid Halilhociçi əvəz edə bilər. Villaş-Boaşın milliyə gəlişi Halilhociçlə münaqişəsi olan “Çelsi”nin mərakeşli yarımmüdafiəçisi Hakim Ziyexin də yığma komandaya qayıtmasına təsir edəcək.
 
Villaş-Boaşın son iş yeri 2019-2021-ci illərdə çalışdırdığı “Marsel” olub.
 
Portuqaliyalı mütəxəssis əvvəllər “Portu”, “Çelsi”, “Tottenhem”, “Zenit” kimi klublarda çalışıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right