"Mançester Siti"nin müdafiəçiləri bu oyunu buraxacaqlar

"Mançester Siti"nin futbolçuları Ruben Dias, Con Stounz və Kayl Uoker zədə səbəbindən Premyer Liqanın qalan üç oyununda oynamayacaqlar.

Newsport.az-ın məlumatına görə, bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola danışıb. Bir gün əvvəl Dias Premyer Liqada "Nyukasl"la matçda (5:0) əzələ nayihəsindən zədələndiyi üçün fasilədə əvəzlənib.

Əvvəllər Uoker topuq nahiyəsində yaranan problemlərə görə Çempionlar Liqasının 1/2 finalında "Real"la cavab görüşünü (1:3), Stounz isə diz nahiyəsindən zədələndiyi üçün son iki oyunu buraxmışdı.

Qeyd edək ki, son turlarda “Siti” səfərdə “Vulverhempton” və “Vest Hem”lə, evdə “Aston Villa” ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right