Mahir ehtiyatda qaldı, "Dinamo" qələbə qazandı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti  matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi doğma meydanda "Osiyek"lə qarşılaşıb. "Maksimir" stadionunda baş tutan matç meydan sahiblərinin qələbəsiylə başa çatıb - 3:0.

Mahir bu görüşün iştirakçısı olmayıb. Adı iştirak ərizəsinə daxil edilən forvard sona qədər ehtiyatda qalıb.

"Dinamo" çempionatda 73 xalla liderdir.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right