“Tanrı dedi ki, bu gün sənin günündür” “Real”ın qəhrəmanı

“Mən baş verənləri izah edə bilmir, deməyə söz tapmıram”.

Newsport.az-ın xəbərinə görə, bu sözləri “Real”ın futbolçusu Rodriqo deyib.

Çempionlar Liqasının 1/2 final mərhələsinin (3:1, ilk oyun 3:4) cavab görüşündə 21 yaşlı vinger komandasının qəhrəmanına çevrilib. 68-ci dəqiqədə Toni Kroosun əvəzinə meydana daxil olan braziliyalı 90-cı dəqiqədə hesabı bərabərləşdirib, 90+1-ci dəqiqədə isə daha bir qol vurmaqla oyunu əlavə vaxta daşıyıb. 95-ci dəqidə Kərim Benzema penalti ilə matçda son nöqtəni qoyub - 3:1. Bununla da “Real” finala yüksəlib.

Rodriqo görüşdən sonra həmçinin deyib: “Tanrı üzümə baxıb dedi: bu gün sənin günündür”.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right