Qvardiola məğlubiyyəti şərh etdi

“Biz finala yaxın idik, lakin bunu bacara bilmədik. Hər şey sadədir. İlk hissə orta səviyyədə keçdi. Çox əziyyət çəkməsək də, kifayət qədər yaxşı oynamadıq. Qol vurduqdan sonra daha yaxşı təsir bağışladıq Biz tempimizi, oyunumuzu tapdıq, futbolçular özlərini rahat hiss etdilər". 

Newsport.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında səfərdə "Real"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 “Real”  son 10 dəqiqə ərzində hücuma keçdi və biz əziyyət çəkdik. Militao, Rodriqo, Vinisius, Benzema da daxil olmaqla bir çox oyunçu cərimə meydançasında idi. “Real” böyük güclə irəli getdi. Onlar cinahlardan təzyiq göstərdilər və nəticədə iki qol vurdular. Hər zamankı yüksək səviyyəmizdə oynaya bilmədik. Futbolçular təzyiq hiss edirdilər və bu, yarımfinal üçün normaldır. Oyun belədir. Biz bunu qəbul etməliyik" - deyə o bildirib.

Mütəxəssis futbolda gözlənilməz nəticələrin olduğunu vurğulayıb: "Bunu qəbul etmək lazımdır. Biz bunu yenidən düşünməli və geri qayıtmalıyıq. Qarşıda bizi  çempionatda daha dörd oyun gözləyir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right