İbrahimoviç: "Nəticə olmayanda işləmək çətindir"

"Milan"ın futolçusu Zlatan İbrahimoviç komandasının bu mövsümdəki çıxışı barədə danışıb. 

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu deyib: 

“Komanda çox çalışır. Bu mövsüm qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün böyük fədakarlıqlar etməli olduq.  Uğursuzluqlarımız oldu, amma komanda gəncdir, böyüyür, təcrübə toplayır. İndi A seriyasında liderik. Sadəcə diqqətimizi cəmləməli və işimizi davam etdirməliyik. Öz təcrübəmdən bilirəm ki, bir həftə ərzində vəziyyət kəskin şəkildə dəyişə bilər. İki il yarımdır ki, “Milan”dayam, amma hələ heç nə qazanmamışıq. Qələbə qazanmasaq, çox çətin olacaq. Zəhmət bəhrəsini verməyəndə işləmək çətindir. İndi sadəcə kubokumuz çatmır, çünki biz hər şeyi mükəmməl edirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right