“Şaxtyor” Çempionlar Liqasına qrup mərhələsindən qoşulacaq

Ukraynanın “Şaxtyor” (Donetsk) komandası UEFA Çempionlar Liqasının növbəti mövsümünə birbaşa qrup mərhələsindən başlayacaq.

Newsport.az xəbər verir ki, “Liverpul” “Vilyarreal”ı məğlub edib finala çıxdığından Donetsk təmsilçisi birbaşa qrupda oynamaq imkanı qazanıb.

“Liverpul” bu il ÇL-in finalında ya “Mançester Siti”, ya da “Real”la qarşılaşacaq. Hər iki komanda 2022/23 mövsümündə qitənin ən nüfuzlu klub turnirində iştirakını yerli çempionat vasitəsi ilə artıq təmin edib.

Reqlamentə əsassən ÇL-in qalibi növbəti mövsümə yerli çempionat vasitəsi ilə vəsiqə qazanırsa, vakant yer yaranır. Bu zaman reytinqdə 12-ci olan ölkənin təmsilçisi vəsiqə əldə edir. Rusiya klubları qitəmiqyaslı yarışlardan kənarlaşdırıldığından onların yerini Ukrayna təmsilçiləri tutacaq.

Ukrayna Peşəkar Futbol Liqasının qərarına əsasən, “Şaxtyor” vaxtından əvvəl 2021/22 mövsümünün çempionu elan edilib. Donetsk klubunun gələn mövsüm ÇL-in qrupunda oynamasını yaxın günlərdə UEFA təsdiqləməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right