Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli olub

UEFA Millətlər Liqasında Azərbaycanın rəqiblərindən olan Qazaxıstan yığmasının yeni baş məşqçisi bəlli olub.

Newsport.az "Sportradar" nəşrinə istinadən xəbər verir ki, milli hazırda Karaqanda "Şaxtyor"una rəhbərlik edən Məhəmməd Adiyevə tapşırılacaq.

Adiyev bu postda Andrey Karpoviçi əvəzləyəcək. 45 yaşlı mütəxəssis "Akjayık"ə 0:1 hesabı ilə uduzduqları VII tur oyunundan sonra klub rəhbərliyi ilə bu məsələ barədə görüşüb.

Qeyd edək ki, Azərbaycan millisi Qazaxıstanla oyunlarını iyunun 3-də səfərdə, sentyabrın 25-də evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right