“Bu, mənim “Liverpul”dakı məqsədimdir” Salah

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə klubu ilə yenidən UEFA Çempionlar Liqasını qazanmaq istədiyini söyləyib.

Newsport.az-ın məlumatına görə, misirli futbolçu “Liverpul”un rəsmi saytına verdiyi açıqlamada, qələbə hissini bir daha yaşamaq istədiyini deyib:

“Çempionlar Liqasını qazandıqdan sonra yaşadığım hissləri yenidən yaşamaq istəyirəm. Bu, inanılmaz idi. Ona görə də, düşünürəm ki, “Liverpul”la bu turniri yenidən qazanmalıyam. İngiltərə Premyer Liqasındakı uğur bir az fərqli idi, çünki koronavirus pandemiyası səbəbindən qələbəni azarkeşlərlə qeyd edə bilmədik. Amma mən Çempionlar Liqasını və İngiltərə Premyer Liqasını yenidən qazanmaq istəyirəm. Bu, mənim “Liverpul”dakı məqsədimdir”.

“Liverpul” sabah doğma meydanda Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Vilyarreal”la qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right