“Neftçi”dən 100 min dollar istədim, imtina etdilər”

Yunanıstanlı futbolçu Vasilios Kutsianikulis vaxtilə “Neftçi”dən aldığı təklifdən danışıb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı sol cinah vingeri ölkəsinin mətbuatına açıqlamasında 2019-cu ildə Bakı klubu ilə danışıqlar apardığını, lakin çox məvacib istədiyinə görə razılaşa bilmədiklərini bildirib:

“OFİ-dən sonra “Neftçi”dən təklifim var idi. Mən daha çox pul qazanmaq istəyirdim, amma onlar bundan imtina etdi. Ona görə də transfer baş tutmadı. Səhv etmirəmsə, “Neftçi” mənə illik 80 min dollar təklif edirdi. Mən isə onlardan 100 min dollar istəmişdim. Amma onlar bundan imtina etdi. Fikirləşirdim ki, onlar danışıq üçün yenidən müraciət edəcək. Lakin belə olmadı”.

Hazırda “Anagennisi Karditsa” komandasında forma geyinən Vasilios Kutsianikulis karyerası ərzində “Erqotelis”, PAOK, OFİ, AEL, “Olimpiakos” (Volos), “Doxa Drama” kimi komandalarda da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right