Krivotsyukun komandasından səfər qələbəsi

Futbol üzrə Polşa çempionatında 30-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Krakov “Visla”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:3.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Sarı vərəqə limitini keçdiyi üçün cəzalı durumda olan millimizin müdafiəçisi bu oyunu buraxmaq məcburiyyətində qalıb.

Plotsk “Visla”sı 30 turdan sonra 45 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right