Lempard “Liverpul”la matçın hakimliyindən narazı qalıb

“Everton”un baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının 34-cü turunda baş tutan Mersisayd derbisində (1:2) “Liverpul”un qapısına penalti təyin olunmalı olduğunu bildirib.

Newsport.az “Sky Sports”a istinadən xəbər verir ki, Lempard, üstüörtülü şəkildə hakimlərin “Liverpul”a kömək etdiyinə işarə vurub:

“İkinci hissədə penalti var idi. Düşünmürəm ki, belə oyunlarda bizə penalti versinlər. Amma düşünürəm ki, Məhəmməd Salah bunu meydanın başqa bir tərəfində etsəydi, penalti alacaqdı.

Mən münaqişə yaratmağa çalışmıram. Sadəcə düşünürəm ki, bəzən belə şeylər futbolun reallığına çevrilir. Bəlkə də, sən Premyer Liqanın ən yaxşı klublarında oynayanda və arxanda azarkeş izdihamı olanda daha çox şans əldə edirsən…”

“Liverpul” Premyer Liqada 33 oyundan sonra 79 xalla ikincidir. Everton isə 29 xalla 18-ci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right