Droqba prezident seçkilərində mübarizəni dayandırdı

Fil Dişi Sahili millisinin sabiq üzvü Didye Droqba ölkəsinin futbol federasiyasının prezident seçkilərində mübarizəni dayandırıb.

Newsport.az-ın məlumatına görə, 44 yaşlı veteran futbolçu səsvermədə  Yacine İdris Diallo (59) və Sori Diabata (51) uduzaraq 21 səs toplayıb. Bu iki namizəd mübarizəni ikinci turda davam etdirəcək.

Qeyd edək ki, Droqba Fil Dişi Sahili millisinin tarixində ən çox qol vuran (105 oyunda 65 qol) futbolçudur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right