Azarkeş Maquayra vaxt verdi: Klubu tərk etməsə, evindəki bombaları partladacaq

"Mançester Yunayted"in kapitanı Harri Maquayrın çətin günləri davam edir.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi yenə ölümlə hədələnir.

Bir "Mançester Yunayted" azarkeşi ingiltərəli futbolçunun evinə 3 bomba yerləşdirdiyini bildirib. O, 72 saat ərzində Maquayr klubdan ayrılmasa, bombaları partladacağını bildirib. Təcrübəli futbolçunun ailəsi evi tərk edib və başqa yerə köçüb.

Qeyd edək ki, bir neçə gün öncə də Harri Maquayrın evinə bomba qoyulması ilə bağlı xəbər yayılmışdı.

"Mançester Yunayted" bu gün İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində "Arsenal"ın qonağı olacaq. Qarşılaşma Bakı vaxtilə saat 15:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right